​"Mançester Yunayted" məğlub oldu

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının (İPL) IX turunda səfərdə "Haddesfildə" 2:1 hesabı ilə məğlub olub.

Metbuat.az bildirir ki, bu məğlubiyyət "Mançester Yunayedin" bu mövsüm İPL-də ilk məğlubiyyətidir. Səkkiz tur ərzində qırmızı şeytanlar 6 qələbə qazanıblar və 2 heç-heçə ediblər.

Qeyd edək ki, hazırda "Mançester Yunayted" 20 xalla çempionatda 2-ci yerdə qərarlaşıb. Çempionatın 9 turdan sonra lideri 25 xal ilə Mançester şəhərinin digər təmsilçisi "Mançester Siti"dir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR