Ağcabədidə subartezian quyularından kabel oğurlayan şəxs tutulub

Ağcabədidə subartezian quyularından kabel oğurlayan şəxs tutulub
00:52 22 Oktyabr 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Ağcabədi. 22 oktyabr. REPORT.AZ/ Ağcabədi rayonunda kabel oğurluğu ilə məşğul olan şəxs tutulub.
"Report"un Qarabağ bürosu xəbər verir ki, Ağcabədi Rayon Subartezian Quyularının İstismarı İdarəsindən yerli Polis şöbəsinə daxil olan məlumat əsasında aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Hindarx qəsəbə sakini, əvvəllər məhkumluq həyatı yaşamış Həsənov Ədalət Məhəmməd oğlu saxlanılıb.
Məlum olub ki, o, rayonun Taynaq, Poladlı, Sarıcalı kəndlərində subartezian quyularına aid 100 metrə yaxın kabeli kəsərək oğurlayıb.
Ə.Həsənov Poladlı kəndində 35 metr kabel oğurlamaq istəyən zaman iş başında yaxalanıb.
Faktla bağlı rayon polisi araşdırma aparır.

Xəbərin orijinal ünvanı: https://report.az/region/agcabedide-subartezian-quyularindan-kabel-ogurlayan-sexs-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR