Marneulidə "Gürcü Arzusu"nun namizədinin qələbəsi qeyd olunur

Marneulidə "Gürcü Arzusu"nun namizədinin qələbəsi qeyd olunur
01:12 22 Oktyabr 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının tərəfdarları Marneulidə icra başçısı vəzifəsinə namizəd Temur Abazovun qələbəsini qeyd edirlər. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, rəsmi nəticələrin elan olunmamasına baxmayaraq, rayonun mərkəzi küçələrində "Gürcü Arzusu"nun bayraqları olduğu maşın karvanları siqnal verərək partiyanın yerli qərargahı istiqamətində hərəkət edir. 

Marneuli rayonunda yerləşən bəzi seçki məntəqələri qarşısında gərginlik yaşanıb. Müxalif "Avropalı Gürcüstan" Partiyasının namizədi Əhməd İmamquliyevin tərəfdarları bəzi seçki məntəqələri qarşısında aksiya keçiriblər. Onlar Marneulidə seçkilərdə Ə.İmamquliyevin qələbə qazandığını iddia edirlər. 
 
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının seçkilərin ilkin nəticələri barədə rəsmi məlumatı bu gecə saat 02:00-da açıqlayacağı gözlənilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/592618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR