Messi İspaniya çempionatında "qol+ötürmə" sistemi üzrə 500-cü xalını toplayıb

Messi İspaniya çempionatında "qol+ötürmə" sistemi üzrə 500-cü xalını toplayıb
01:47 22 Oktyabr 2017
39 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Kataloniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi futbol üzrə İspaniya çempionatı oyunlarında "qol+ötürmə" sistemi üzrə topladığı xalları 500-ə çatdırıb.
“Report” xəbər verir ki, hücumçu La Liqanın 9-cu turunda "Malaqa" ilə oyunda vurulan ikinci qolun ötürməsini verib. Həmin epizodda Andres İnyesta fərqlənib.
Beləliklə, hazırda Messinin aktivində İspaniya çempionatında keçirdiyi oyunlar üzrə 360 qol və 140 məhsuldar ötürmə var.



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/messi-i-spaniya-cempionatinda-qol-oturme-sistemi-uzre-500-cu-xalini-toplayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR