Ağır atletika üzrə Avropa çempionatı başa çatdı

Ağır atletika üzrə Avropa çempionatı başa çatdı
02:48 22 Oktyabr 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

15-22 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı başa çatıb.

Azərbaycan Ağır Atletika Federasiyasından Publika.az-a verilən məlumata görə, yarışda 36 ölkədən 405 atlet (170 qadın və 235 kişi) körpücük üzərinə çıxıb.

Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak ediblər. Onlardan sonuncu olaraq Azər Məmmədli medal mübarizəsinə qoşulub. O, yaşı 23-ə qədər olan kişilərin +105 kq çəki dərəcəsində çıxış edib. Atlet birdən qaldırma hərəkətində 165 kq-ı ram edib və bu hərəkətdə 8-ci olub.

Təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edən və 212 kq-ı başı üzərinə qaldıran Məmmədli bu hərəkətdə 4-cü yeri tutub.

Toplam 377 kq (165+212) nəticə göstərən Azər yekun sıralamada 7-ci pillədə qərarlaşıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/217890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR