Madrid Kataloniya hökumətinin bəzi funksiyalarını öz üzərinə götürüb

Madrid Kataloniya hökumətinin bəzi funksiyalarını öz üzərinə götürüb
02:59 22 Oktyabr 2017
101 Digər
Ölkə mətbuatı
A- A+

Rəsmi Madrid Kataloniyanın muxtariyyətinin ləğvinə imkan verən Konstitusiyanın 155-ci maddəsinin tətbiq edilməsi  ilə əlaqədar Kataloniya hökumətinin bəzi funksiyalarını öz üzərinə götürəcək.  

 

APA-nın “RİA Novosti”yə istinadən  verdiyi xəbərə görə, İspaniya hökumətinin qərarına əsasən, mərkəzi hakimiyyət Kataloniya polisinə məcburi xarakterli birbaşa göstərişlər verə bilər: “Lazım gəldikdə Kataloniya polisinin üzvləri İspaniya təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə əvəzlənəcək”.   

 

Madrid həmçinin  telekomunikasiya, elektron xidmətlər və informasiya texnologiyaları sahəsindəki funksiyaları Kataloniya muxtariyyətinin üzərindən götürəcək.

 

Hökumət sənəddə əks olunan tədbirlərin icrası barədə iki aydan bir  Senata təqdim edəcək.

 

Qərar Senat tərəfindən təsdiq olunmalıdır.  İspaniya parlamentinin yuxarı palatası iclası oktyabrın 27-də keçiriləcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR