Kiyev sakinindən arsenal götürüldü

Kiyev sakinindən arsenal götürüldü
03:54 22 Oktyabr 2017
97 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna Təhlükəsizlik Xidməti  Kiyev sahilindən silah arsenalı və 4 mindən çox patron aşkarlayaraq götürüb. APA-nın “Gazeta.ru”ya istinadən  verdiyi xəbərə görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, Kiyev sakini yaratdığı hərbi aksessuarlar üzrə internet mağazası vasitəsi ilə silah-sursat satışını təşkil edib.   

 

Saxlanılan şəxsin mənzilindən 3 ədəd “Kalaşnikov” avtomatı, iki karabin, TT tipli tapança, “Naqan” tipli iki tapança, siqnal tapançası, iki səs boğucusu, snayper silahı üçün optik nişangah və 4500-dək müxtəlif çaplı patron aşkarlanıb.   

 

Cinayət işi başlanıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR