Yanaşı obyekt tikintisi zamanı iki paralel və qapalı divar, yaxud ortaq divardan istifadəyə icazə veriləcək

Yanaşı obyekt tikintisi zamanı iki paralel və qapalı divar, yaxud ortaq divardan istifadəyə icazə veriləcək
05:42 22 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Torpaqlardan səmərəli istifadə məqsədi ilə tikinti obyektinin layihələndirilməsi zamanı layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşdırılma əsasında yanaşı sərhəddə obyektlərin tikintisi zamanı iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divardan istifadəyə icazə veriləcək.
“Report” xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”a dəyişikliklər edib.
Həmçinin dəyişikliyə əsasən, "Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar"ın 14-cü hissəsinin üçüncü cümləsi çıxardılıb və ona aşağıdakı cümlə əlavə olunub:
“Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir”.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/yanasi-obyekt-tikintisi-zamani-iki-paralel-ve-qapali-divar-yaxud-ortaq-divardan-istifadeye-icaze-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR