Meyvə-tərəvəz ixracında artım var

Meyvə-tərəvəz ixracında artım var
05:58 22 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanın meyvə-tərəvəz ixracını artıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ölkədən statistik dəyəri 306 mln. 509,96 min dollar olan 314 min 316,56 ton meyvə-tərəvəz ixrac edilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 132 min 879,77 ton və ya 63,75% çoxdur.

Məbləğ baxımından isə illik artım 89 mln. 881,5 min dollar və ya 41,49% olub.

Qeyd edək ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan xaricə 216 mln. 628,46 dollar dəyərində 208 min 436,79 ton meyvə-tərəvəz ixrac edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/217895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR