Balıqçılıq təsərrüfatında ekspertizanın aparılması üzrə müddətin uzadılması qaydası ləğv edilib

Balıqçılıq təsərrüfatında ekspertizanın aparılması üzrə müddətin uzadılması qaydası ləğv edilib
06:02 22 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Ekspertizanın mürəkkəbliyi və ya əlavə tədqiqat aparılmasına ehtiyac yaranması səbəbindən balıqçılıq təsərrüfatı ekspertizasının aparılması ilə əlaqədar 15 gündən daha artıq müddət tələb olunduğu hallarda, müddətin hər dəfə 15 gün olmaqla, ən çoxu iki dəfə uzadılması qaydası ləğv edilib.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması qaydası”nda edilən dəyişikliklərdə deyilir.
Bundan əlavə qaydaya həmçinin aşağıdakı dəyişikliklər edilib:
1. 2.2-ci bənddə “15 gün müddətində” sözləri “layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində” sözləri ilə əvəz edilsin.
2. 2.7-ci və 2.8-ci bəndlərdə “15” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin.

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/baliqciliq-teserrufatinda-ekspertizanin-aparilmasi-uzre-muddetin-uzadilmasi-qaydasi-legv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR