Tramp: “Facebook Klintonu dəstəkləyirdi”

Tramp: “Facebook Klintonu dəstəkləyirdi”
06:34 22 Oktyabr 2017
71 Digər
Ölkə mətbuatı
A- A+

 

 

ABŞ prezidenti Donald Tramp “Facebook” şirkətinin 2016-cı il prezident seçkiləri zamanı onu yox, rəqibi Hillari Klintonu dəstəklədiyini bildirib.

 

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Tramp bu barədə “Tvitter” səhifəsində yazıb.

 

“Fırıldaqçılığa meylli Hillari Klinton seçkilərə məndən yüzlərlə milyon dollar çox xərcləyib.  “Facebook” mənim yox, onun tərəfindəydi!”, - deyə D.Tramp qeyd edib.

 

 Onun sözlərinə görə, CNN, ABC, NBC və CBS telekanallarında saxta xəbərlərin dərc edilməsində milyardlarla dollar xərclənib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286230

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR