Bu gün "Qəbələ" çempionatın lideri "Qarabağ"ı qəbul edəcək

Bu gün "Qəbələ" çempionatın lideri "Qarabağ"ı qəbul edəcək
07:02 22 Oktyabr 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun son oyunu keçiriləcək.
"Report"un məlumatına görə, "Qəbələ" çempionatın lideri "Qarabağ"ı qəbul edəcək.
Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü FİFA referisi Ömər Paşayev idarə edəcək.
Meydan sahibləri hətta minimal hesabla qalib gəlsələr, "Qarabağ"la şəxsi oyunlarda üstünlük əldə edərək, liderliyə yüksələcəklər.
"Qarabağ" qalib gəlsə, ən yaxın izləyicisi "Zirə" ilə xal fərqini 4-ə çatdıracaq. Üstəlik, bu komandasının "Səbail"lə təxirə salınmış oyunu da var. "Qarabağ" və "Qəbələ"nin ilk dövrədə "Azərsun Arena"da keçirilmiş görüşündə "Qarabağ" 2:1 hesabı ilə qalib gəlib.
Topaz Premyer Liqası, IX tur
22 oktyabr
18:30. "Qarabağ" - "Qəbələ"
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rauf Cabbarov
Hakim-inspektor: Əli Hüseynov
AFFA nümayəndəsi: Şaiq Həmidov

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bu-gun-qebele-cempionatin-lideri-qarabag-i-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR