Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya sistemində problem yaranması səbəbindən geri qayıdıb

Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya sistemində problem yaranması səbəbindən geri qayıdıb
07:52 22 Oktyabr 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Oktyabrın 21-də Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya avadanlığında yaranan problem səbəbindən Qazaxıstan paytaxtına geri qayıdıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsinin məlumatında bildirilir.
"Avialayner saat 22:56-da (Bakı vaxtı ilə 20:56-da) ştat rejimində eniş edib. Heyət üzvləri standart təhlükəsizlik prosedurlarına əməl ediblər", - deyə məlumatda qeyd olunur.
Təyyarənin göyərtəsində 90 nəfər sərnişinin olduğu bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/astanadan-bakiya-ucan-sernisin-teyyaresi-naviqasiya-sisteminde-problem-yaranmasi-sebebinden-geri-qayidib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR