Saakaşvili tərəfdarları Ukraynadan deportasiya edilir

Saakaşvili tərəfdarları Ukraynadan deportasiya edilir
12:12 22 Oktyabr 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın sabiq prezidenti, Ukrayna "Yeni qüvvələrin hərəkatı"nın lideri Mixail Saakaşvili tərəfdarlarının saxlanılaraq Ukraynadan deportasiya edildiyini bildirib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, M.Saakaşvili bu barədə "Facebook" səhifəsində yazıb.

"Dostum... David Makişvilini, habelə keçmiş mühafizəçimi və sürücümü (...) xüsusi reyslə, Ukrayna Milli Qvardiyanın təyyarəsi ilə Gürcüstana deportasiya ediblər", - deyə M.Saakaşvili yazıb. 

Bundan əvvəl M.Saakaşvili Kiyevdə onun sabiq mühafizə rəisi Georgi Rubaşvilinin silahlı şəxslər tərəfindən saxlanıldığını, habelə yaxın tərəfdarları Makişvili və Mixail Absianidzenin əlaqəyə çıxmadığını bildirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/592646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR