Temur Abazov icra başçısı oldu

Temur Abazov icra başçısı oldu
14:27 22 Oktyabr 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyasının azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısına namizədi Temur Abazov seçkilərdə qələbə qazanıb.

APA-nın Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki,  rayonun 89 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə əsasən, T.Abazov 68,05 faiz səs əldə edib.

Səs çoxluğuna görə ikinci yeri 21,33 faizlə müxalif "Avropalı Gürcüstan" Partiyasının namizədi Əhməd İmamquliyev, üçüncü yeri isə 6,29 faiz səslə müxalif "Vahid Milli Hərəkat" partiyasının namizədi Rəhim Əsgərov tutub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/592659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR