Con Kennedinin qətli ilə bağlı məxfi sənədlər çap olunacaq

Con Kennedinin qətli ilə bağlı məxfi sənədlər çap olunacaq
15:09 22 Oktyabr 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətlinin istintaqı barədə sənədlər çap oluna bilər.

 

APA-nın məlumatına görə, ABŞ prezidenti Donald Tramp bu barədə özünün "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

ABŞ prezidenti Donald Tramp şənbə günü elan edib ki, C. Kennedi ilə bağlı daha çox məlumatın əksini tapdığı məxfi sənədlərin ictimaiyyətə açılması göstərişi verəcək.

 

Sabiq prezidentin ölümü ilə bağlı məxfi sənədlərin sonuncu qisminin ictimaiyyətə təqdim edilməsi müddəti oktyabrın 26-sı müəyyən edilmişdi.

 

Qanuna əsasən sui-qəsdlə bağlı sənədlər növbəti 25 il ərzində ictimailəşdirilməli idi və sənədlərin açıqlana biləcəyi tarix bu il oktyabrın 26-a təsadüf edir. Lakin qanunda prezidentin bu məlumatların ölkənin xarici əlaqələrinə, hərbi əməliyyatlarına, kəşfiyyatına və hüquq-mühafizəsinə xələl gətirəcəyini hesab etdiyi halda, sənədlərin ictimailəşdirilməsini təxirə sala biləcəyi qeyd olunub.

 

Kennedinin ölümünü araşdıran alimlərin əksər hissəsi hesab edir ki, ictimailəşdirilən sənədlər Li Harvi Osvaldın sui-qəsddən bir neçə həftə öncə Mexiko şəhərinə səfəri, Sovet və Kuba səfirlikləri ilə görüşünə aydınlıq gətirəcək. Osvald müstəntiqlərə bildirib ki, onun səfirliklərə görüşünün səbəbi Sovet İttifaqına və Kubaya səfər etmək üçün viza əldə etmək olub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286252

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR