ABŞ-ın Əfqanıstana endirdiyi hava zərbəsi nəticəsində 40 İŞİD silahlısı məhv edilib

ABŞ-ın Əfqanıstana endirdiyi hava zərbəsi nəticəsində 40 İŞİD silahlısı məhv edilib
15:22 22 Oktyabr 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ ABŞ-ın Hərbi Hava Qüvvələri İŞİD terror qruplaşmasının təlim düşərgəsinə hava zərbəsi endirib.
"Report"un məlumatına görə, bu barədə "Khaama Press" agentliyi xəbər verib.
Qeyd edilir ki, əməliyyat ölkənin şərqindəki Nanqarhar vilayətində keçirilib. Zərbə nəticəsində azı 40 silahlı məhv edilib.
Yerli təhlükəsizlik orqanı məmurunun sözlərinə görə, hava zərbəsi nəticəsində həmçinin terrorçuların silah ehtiyatı və partlayıcı vasitələri də məhv edilib.
Hakimiyyət orqanları rəsmilərinin məlumatında bildirilir ki, düşərgədə kamikadzelər hazırlanırmış.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-efqanistana-endirdiyi-hava-zerbesi-neticesinde-40-i-si-d-silahlisi-mehv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR