Lənkəranda iki avtomobil toqquşdu: qadın və azyaşlı yaralanıb

Lənkəranda iki avtomobil toqquşdu: qadın və azyaşlı yaralanıb
16:52 22 Oktyabr 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda iki minik avtomobil toqquşub, xəsarət alanlar var.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Lənkəranın Zövlə kəndi ərazisində qeydə alınıb.

Kənd sakinləri - 1992-ci il təvəllüdlü Mirsəlam Əziz oğlu Abbaszadənin idarə etdiyi "Mercedes" markalı 99 GA 562 markalı avtomobillə 1966-cı il təvəllüdlü Seymur Əsədovun idarə etdiyi "Opel" markalı 42 BV 381 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Güclü zərbə nəticəsində "Opel" elektrik dirəyinə çırpılıb və dirək aşıb. Nəticədə "Opel"də olan iki nəfər xəsarət alıb və Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarət alanların qadın və azyaşlı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/592672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR