Kiyevin mərkəzində Saakaşvilinin tərəfdarları ilə polis arasında dava

Kiyevin mərkəzində Saakaşvilinin tərəfdarları ilə polis arasında dava
17:27 22 Oktyabr 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Kiyevdə Ali Radanın binası qarşısında keçirilən aksiyada iştirakçılarla polis arasında qarşıdurma olub.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti-nin hadisə yerində olan əməkdaşı xəbər verib.

Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili orada qurulmuş səhnədən çıxış edərək bildirib ki, polis səslə onların "maşınının təkərlərini kəsir" və aksiya iştirakçılarını "maşını götürməyə" çağırıb. Ona qədər bütün çıxışlar orada quraşdırılmış zəif səsli akustik avadanlığın vasitəsi ilə edildiyindən spikerlərin dedikləri çox pis eşidilib.

Mitinqin fəalları səsli avadanlıq quraşdırılmış maşına yaxınlaşanda polis onların qarşısını kəsib. Fəallar kordonu keçməyə cəhd ediblər və bu vaxt olarla polis arasında dava başlayıb.

Təşkilatçılar aksiya iştirakçılarını qarşıdurmanı dayandırmağa çağırıblar. Ukrayna Ali Radasında Pyotr Poroşenko Blokundan olan deputat Serqey Leşenkonun aparaturanın quraşdırıldığı yük maşınının sükanı arxasına keçib oradan uzaqlaşmasından sonra toqquşma səngiyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/592674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR