Lənkəranda ağır qəza: yaralılar var

Lənkəranda ağır qəza: yaralılar var
17:44 22 Oktyabr 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda iki minik avtomobil toqquşub, xəsarət alanlar var.

 

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranın Zövlə  kəndi ərazisində  qeydə alınıb.

 

Kənd sakinləri - 1992-ci il təvəllüdlü Mirsəlam Əziz oğlu Abbaszadənin idarə etdiyi “Mercedes” markalı 99 GA 562 markalı avtomobillə 1966-cı il təvəllüdlü Seymur Əsədovun idarə etdiyi “Opel” markalı 42 BV 381 dövlət nömrə nişanlı avtomobil toqquşub. Güclü zərbə nəticəsində “Opel” elektrik dirəyinə çırpılıb və dirək aşıb. Nəticədə “Opel”-də olan iki nəfər xəsarət alıb və Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarət alanların qadın və azyaşlı olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286255

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR