Bakı-Qazax yolunda avtomobil kanala düşüb, xəsarət alanlar var

Bakı-Qazax yolunda avtomobil kanala düşüb, xəsarət alanlar var
19:22 22 Oktyabr 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlax. 22 oktyabr. REPORT.AZ/ Yevlaxda avtomobilin kanala düşməsi nəticəsində sürücü və sərnişin xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon Səmədabad kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "BMW" markalı avtomobil idarəetmədən çıxaraq kanala düşüb. Nəticədə avtomobildə olan iki nəfər, Gəncə şəhər sakinləri - 1984-cü il təvəllüdlü Ramin Müslüm oğlu Məmmədov və 1985-ci il təvəllüdlü İsfəndiyar Nafiq oğlu Aslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-qazax-yolunda-avtomobil-kanala-dusub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR