Parisdə qaçdı-qov başladı (CANLI)

13:21 9 Yanvar 2015
89 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə "Charlie Hebdo" satirik jurnalına hücum etməkdə şübhəli bilinən qardaşlar Səid və Şərif Kuaşi Dammarten-an-Qoel şəhərində bir nəfəri girov götürüblər. ANS PRESS-in məlumatına görə, bu barədə Euronews telekanalı fransız polisinə istinadən xəbər verir.

Asayiş keşikçiləri şübhəlilərin qonşu Uaz departamentində qaçdıqları avtomobillə hərəkət etdiyini təsbit edib və hazırda onları təqib edir. Atışma səslərinin də eşidildiyi bildirilir. Səid və Şərif Kuaşi adlı qardaşların 3 gündür davam edən axtarışına Fransa təhlükəsizlik xidmətinin on minlərlə əməkdaşı cəlb edilmişdi. Polis şübhəliləri Parisin şimal-şərqində meşəlik ərazidə yerləşən yaşayış məntəqələrində axtarırdı və onların olduğu ehtimal edilən bölgə mühasirəyə alınmışdı.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qardaşlardan biri - Səid Kuaşi 2011-ci ildə Yəməndə radikal qruplaşmaların yanında təlim keçib. Həmçinin hər iki qardaşın adının ABŞ-a girişi qadağan olunan şəxslərin siyahısında olduğu məlum olub.

Hücumda şübhəli bilinən üçüncü şəxs olan 18 yaşlı Amid Murad isə Şarlevil-Mezyer şəhərində könüllü olaraq polisə təslim olub və hücumla heç bir əlaqəsinin olmadığını bildirib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318658

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR