Azərbaycan Premyer Liqasında 9-cu turun son oyunu keçirilib.
Publika.az xəbər verir ki, "Qəbələ" çempionatın lideri "Qarabağ"ı öz meydanında minimal hesabla məğlub edib.
Qəbələ şəhər stadionunda təşkil olunan görüşdə yeganə qolu 8-ci dəqiqədə Asif Məmmədov vurub.
Beləliklə, "Qəbələ" xal ehtiyatını 19-a çatdıraraq lider "Qarabağ"a çatıb.
Azərbaycan Premyer Liqası, 9-cu tur
18:30 Qarabağ - Qəbələ 1:0
Qol: Asif Məmmədov, 8.