Goranboyda “Mercedes”lə “Shacman” toqquşdu - yaralanan var

Goranboyda “Mercedes”lə “Shacman” toqquşdu - yaralanan var
21:19 22 Oktyabr 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Goranboy rayonu Borsunlu kəndi ərazisində qeydə alınıb.

 

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin “Shacman” markalı yük avtomobİllə toqquşub. Qəza zamanı “Mercedes"in sürücüsü Yevlax rayon sakini, 1974-cü il təvəllüdlü Hüseyn Hüseynov bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286260

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR