Yük və minik avtomobilləri toqquşub, xəsarət alan var

Yük və minik avtomobilləri toqquşub, xəsarət alan var
21:22 22 Oktyabr 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Goranboy rayonu Borsunlu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobilin "Shacman" markalı yük avtomobİllə toqquşub. Qəza zamanı "Mercedes"in sürücüsü Yevlax rayon sakini, 1974-cü il təvəllüdlü Hüseyn Hüseynov bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/592743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR