Xorvatiyada keçirilən dünya birinciliyində ikinci yeri tutan Azərbaycan cüdoçuları Vətənə dönüblər

Xorvatiyada keçirilən dünya birinciliyində ikinci yeri tutan Azərbaycan cüdoçuları Vətənə dönüblər
22:02 22 Oktyabr 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Xorvatiyanın paytaxtı Zaqrebdə gənc cüdoçular arasında keçirilən dünya birinciliyində ikinci yeri tutan Azərbaycan millisinin üzvləri axşam saatlarında Vətənə qayıdıblar.
“Report” xəbər verir ki, cüdoçuları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, yaxınları qarşılayıblar.
Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub. Yarışlarda Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Kəramət Hüseynov (60 kq) gümüş və Nəzakət Əzizova (52 kq) bürünc medal əldə ediblər.
Beləliklə, Azərbaycan millisi yarışın ümumi komanda hesabında yalnız Yaponiyadan geri qalaraq 2-ci olub.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xorvatiyada-kecirilen-dunya-birinciliyinde-ikinci-yeri-tutan-azerbaycan-cudoculari-vetene-donubler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR