Bu kadrlar Bakıda çəkildi - Heyvanlar anti-sanitar vəziyyətdə kəsilir - VİDEO

Bu kadrlar Bakıda çəkildi - Heyvanlar anti-sanitar vəziyyətdə kəsilir - VİDEO
22:52 22 Oktyabr 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Qarın və bağırsaqlar yerə atılıb. Kəsilən heyvanın içalatı kanalizasiyanın yanında yuyulur.

Milli.Az bildirir ki, kadrlar Bakının NZS adlanan qəsəbəsində çəkilib. Bura ilk baxışdan kəsim məntəqəsi kimi görünsə də əslində ətin satışı da həyata keçirilir. Heyvanın anti-sanitar vəziyyətdə kəsilməsi bir yana, satışı da düzgün həyata keçirilmir. Yol kənarında açıq vəziyyətdə asılan ətə, ətrafdan şütüyən avtomobillərdən toz hopur.

Bu qəsəbədə bir çox yerdə ət satışı həyata keçirilir. Çəkliş zamanı bir çoxunda eyni mənzərəni müşahidə etdik. Heyvanın başı və ayaqları da daxil olmaqla içalatı yerə atılır. Daha sonra isə elə yerdəcə təmizlənərək satışa çıxarılır.

Qəssab satıcıların başı ətin satışına o qədər qarışıb ki, vacib olanın heyvanın harda kəsilməsi yox, hansı şəraitdə kəsilməsi olduğunu unudublar.

İnsanlar heyvanın insanların gözü qabağında kəsilməsini düzgün hesab etmirlər. Onların sözlərinə görə, satış zamanı heyvanın cəmdəyi asıldığı təqdirdə onlarda heç bir şübhə yaranmır. Bu cür kəsim məntəqələində satılan əti isə mümkün qədər almırlar.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin sözlərinə görə qanun, yol kənarında, insanların gözü qarşısında heyvan kəsilməsini birmənalı şəkildə qadağan edir. İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə görə belə sahibkarları 200 manatdan, 300 manata qədər cərimə gözləyir. Heyvanın anti-sanitar vəziyyətdə kəsilməsi və satılması aşkar olunduqda sahibkara əlavə sanksiya tətbiq olunur. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu kadrlar Bakıda çəkildi - Heyvanlar anti-sanitar vəziyyətdə kəsilir


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/592757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR