“Qalatasaray”dan “Qarabağ”a qardaş mesajı - FOTO

“Qalatasaray”dan “Qarabağ”a qardaş mesajı - FOTO
01:38 23 Oktyabr 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqasında keçirilən “Qalatasaray” - “Fənərbaxça” oyununda azarkeşlər “Qarabağ” klubuna dəstəklərini nümayiş etdiriblər.

Publika.az xəbər verir ki, bir neçə “Qalatasaray” azarkeşi əllərində “Qarabağ” sözünün hərflərini tutaraq klubumuza sevgilərini göstəriblər. “Qalatasaray” klubunun fan səhifələri sözügedən fotonu Azərbaycan bayrağı ilə paylaşaraq bu sözləri yazıblar:

“Qardaş “Qarabağ”a və gözəl azarkeşlərinə salam olsun. Biz birik!”

Qeyd edək ki, “Qarabağ” - “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakat dünya mediasının diqqətini cəlb edib. Türkiyənin ən nüfuzlu qəzetlərindən olan “Sabah” qəzeti “Əzik xoreoqrafiya” başlığı ilə xəbər yayımlayıb. Xəbərin müəllifi Mövlud Tezel adlı köşə yazarı olub. Bu yazı ölkəmizdə geniş rezonans doğurub və yazar kəskin tənqid olunub. Daha sonra "Sabah" qəzeti və müəllif Azərbaycan xalqından üzr istəyib. (axar.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/217965.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR