"Beşiktaş"ın hücumçusu qiymətini artırmaqda davam edir

"Beşiktaş"ın hücumçusu qiymətini artırmaqda davam edir
05:32 23 Oktyabr 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş"ın hücumçusu Cenk Tosunun cari mövsüm məhsuldar oyunu Avropanın "Böyük beşlik" klublarının diqqətini cəlb edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Crystal Palace"in ardından "Milan" skautları da Cenkin oyunlarını izləməyə başlayıb. London klubu mövsümün əvvəlində türk forvardın transferinə 12.5 milyon avro təklif etmiş, ancaq rədd cavabı almışdı. Bundan sonra özünü yaxşı tərəfdən göstərən futbolçunun qiyməti artıq 25 milyon avroya çatıb.

2016/17 mövsümündə Vensan Abubakarın varlığına baxmayaraq 47 oyuna çıxan Cenk 24 qol və 5 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR