Ağdaşda canavarlar mal-qaraya hücum etdi

Ağdaşda canavarlar mal-qaraya hücum etdi
05:33 23 Oktyabr 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaşın Ağzıbir kəndində mal-qaraya canavar hücumu olub.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə iribuynuzlu heyvanlar örüşdən qayıdan zaman baş verib.

Yırtıcılar çoban və yerli sakinlərin səs-küyündən sonra sürüdən uzaqlaşsalar da, xeyli sayda heyvan tələf olub və ya xəsarət alıb.

Hadisədən daha çox Niftalıyevlər ailəsi zərər çəkib. Canavarlar Hünər və Mais Niftalıyev qardaşlarının 3 baş inəyini parçalayıb, bir neçəsini isə ağır yaralayıblar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/217972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR