Bakıda qonşular arasında bıçaqlanma hadisəsi baş verib

Bakıda qonşular arasında bıçaqlanma hadisəsi baş verib
05:57 23 Oktyabr 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda qonşu qonşusunu bıçaqlayıb.
"Report" xəbər verir ki, Pirşağı qəsəbəsinin Pioner düşərgəsi kimi tanınan ərazisində yaşayan 1986-ci il təvəllüdlü Təhməzov Mehrab Əhliyyət oğlu qonşuluğunda yaşayan şəxslə mübahisə edib.
Bu zaman M.Təhməzov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-qonsular-arasinda-bicaqlanma-hadisesi-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR