"Yuventus" azlıqda "Udineze"nin qapısından 6 qol keçirib

"Yuventus" azlıqda "Udineze"nin qapısından 6 qol keçirib
06:02 23 Oktyabr 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Futbol üzrə İtaliya çempionatının 9-cu turunda "Yuventus" "Udineze"ni 6:2 hesabı ilə məğlub edib.
“Report” xəbər verir ki, komandanın yarımmüdafiəçisi Sami Hedira het-trik edib.
Turin klubu oyunun böyük hissəsini azlıqda keçirib. 26-cı dəqiqədə ikinci sarı vərəqəsini alan forvard Mario Mancukiç meydandan qovulub.
"Yuventus" bu qələbə sayəsində xallarının sayını 22-yə çatdırıb və turnir cədvəlinin üçüncü yerində möhkəmlənib. "Udineze" 6 xalla 16-cıdır.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/yuventus-azliqda-udineze-nin-qapisindan-6-qol-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR