Bakıda taksidə mübahisə bıçaqlanma ilə bitdi

Bakıda taksidə mübahisə bıçaqlanma ilə bitdi
08:05 23 Oktyabr 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nizami rayonu ərazisində 29 yaşlı kişini bıçaqlayıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Neftçilər" stansiyası yaxınlığında, Qara Qarayev prospektində olub.

Həmin ünvanda qarın nahiyəsindən bir bıçaq xəsarəti alan 1988-ci il təvəllüdlü Miriyev Əsəd Mircəfər oğlu təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Məlumata görə, Ə.Miriyev taksidə olarkən bir nəfərlə mübahisə edib və nəticədə həmin şəxsin bıçaqlı hücumuna məruz qalıb. Hadisənin təfərrüatlarını 25-ci Polis Bölməsi araşdırır.
 
Qeyd edək ki, Ə.Miriyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/592778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR