Bakı-Qazax yolunda maşının təkərini dəyişmək istəyən sürücü bədbəxt hadisə ilə üzləşib

Bakı-Qazax yolunda maşının təkərini dəyişmək istəyən sürücü bədbəxt hadisə ilə üzləşib
08:47 23 Oktyabr 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bakı şəhərində bədbəxt hadisə baş verib.
“Report” xəbər verir ki, 1984-cü il təvəllüdlü Məcidov Fikrət Elman oğlu Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisinə düşən hissəsində avtomobilinin təkəri boşaldığı üçün onu çıxardaraq yenisi ilə əvəz etmək istəyib.
Lakin nəticədə təkərin diski çıxaraq onun baş nahiyəsinə dəyib. Yaralı xəstəxanaya yerləşdirilib. Məlum olub ki, F.Məcidov ağır kəllə-beyin travması alıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-qazax-yolunda-masinin-tekerini-deyismek-isteyen-surucu-bedbext-hadise-ile-uzlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR