"Messi "Barselona"da oynamaqdan məmnundur"

"Messi "Barselona"da oynamaqdan məmnundur"
13:22 9 Yanvar 2015
344 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin futbolçusu Sesk Fabreqas "Barselona"nın hücumçusu Lionel Messinin London klubuna transfer olunacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispan oyunçu özünün "İnstaqram" hesabından bu xəbərləri təkzib edib:
 
"Messi "Barselona"da oynamaqdan məmnundur. Onun "İnstaqram"da "Çelsi"ni izləməsi o demək deyil ki, Messi "Çelsi"yə keçəcək. Mən də başqa klubların səhifələrini izləyirəm".

Qeyd edək ki, Messinin sabiq komanda yoldaşı və dostu Fabreqasdan "Çelsi" haqda maraqlandığı və London təmsilçisinə transfer oluna biləcəyi iddia edilirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR