“Ziraat Bank (Azerbaijan)”da struktur dəyişikliyi olub

“Ziraat Bank (Azerbaijan)”da struktur dəyişikliyi olub
09:57 23 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ “Ziraat Bank (Azerbaijan)” ASC-də Müşahidə Şurasının (MŞ) sədr müavini vəzifəsi ləğv edilib.
“Report” Banka istinadən xəbər verir ki, indiyə qədər bu vəzifəni tutan Nurullah Bakır bundan sonra MŞ-nın üzvü kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, "Ziraat Bank (Azerbaijan)" ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Ziraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ziraat-bank-azerbaijan-da-struktur-deyisikliyi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR