"Atletiko"nun futbolçusu "Qarabağ"la oyundakı hərəkətinə görə cəzalandırılıb

"Atletiko"nun futbolçusu "Qarabağ"la oyundakı hərəkətinə görə cəzalandırılıb
10:12 23 Oktyabr 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bakıda "Qarabağ" komandası ilə keçirdikləri Çempionlar Liqasının qrup mərhələsinin III tur matçı zamanı davranışı İspaniyanın "Atletiko" klubunun futbolçusu Yannik Karraskoya baha başa gəlib. 
"Report"un AS nəşrinə istinadən verdiyi məlumata görə, baş məşqçi Dieqo Simeone 72-ci dəqiqədə əvəzləndiyi vaxt meydanı ləng tərk edən belçikalı yarımmüdafiəçini cəzalandırıb.
Argentinalı mütəxəssis 24 yaşlı oyunçunun komandaya qol vurmağın vacib olduğu anda saymazyana davranışa yol verdiyi qənaətinə gəlib. Bu səbəbdən, Karrasko "Selta" ilə İspaniya La Liqasının IX tur matçına aparılmayıb. Klubdan verilən rəsmi açıqlamada isə futbolçunun dizində zədə olduğu üçün meydana çıxmadığı bildirilib. Simeone cinah yarımmüdafiəçisinin hərəkətini nəticədən məmnun olmaması ilə izah edib.   
Qeyd edək ki, "Qarabağ"la matçda qolsuz heç-heçə edən "Atletiko" "Selta"nı yenməyi bacarıb - 1:0. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/atletiko-nun-futbolcusu-qarabag-la-oyundaki-hereketine-gore-cezalandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR