Şəhid Cabbar Zeynalovun görüntüsü yayıldı

Xəbər verdiyimiz kimi, oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.

Cabbar Zeynalov 1999-cu ildə Saatlı rayonunun Heydərabad kəndində anadan olub. O, 2017-ci il aprel ayında həqiqi hərbi xidmətə çağırılıb.

18 yaşında şəhidlik zirvəsinə çatan Zeynalov bu gün Saatlı rayonunda torpağa tapşırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR