Bakıda 4 nəfər maşının altında qalıb öldü

Bakıda 4 nəfər maşının altında qalıb öldü
10:29 23 Oktyabr 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda ölümlə nəticələnən 4 yol qəzası baş verib. Lent.az xəbər verir ki, Binəqədi qəsəbəsində "Lada" markalı avtomobil 77 yaşlı qadını vurub öldürüb. Yasamal rayonunun Şərifzadə küçəsində isə "Honda" markalı avtomobil 42 yaşlı piyada qadının həyatına son qoyub.

 

Daha bir oxşar hadisə isə Qaradağ rayonunda baş verib. Burada "Mercedes" markalı avtomobil 58 yaşlı kişini vurub öldürüb.

 

Digər piyada ölümü isə şənbə günü qeydə alınıb. Suraxanı rayonu Qum adasında "Daewoo" markalı avtobus 50 yaşlı qadını vurub. Həmin qadının da həyatını xilas etmək mümkün olmayıb.

 

Bütün faktlarla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286279

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR