“Microsoft” qurğuların buraxılışını dayandırmayacaq

“Microsoft” qurğuların buraxılışını dayandırmayacaq
10:35 23 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

“Microsoft” korporasiyasının “Windows” sistemi və qurğular bölmələrinin rəhbəri Yusif Mehdi brend həvəskarlarını istehsalçının diqqəti “Surface”, “Xbox” və “HoloLens” məhsullarına yönəltməsinə görə narahat olmamağa çağırıb.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, əvvəllər analitiklər arasında ABŞ korporasiyasının qurğuların buraxılışını dayandıracağı ilə bağlı mübahisələr yaransa da, indi ehtimallar rəsmən təkzib olunub. Bölmə rəhbəri buna sübut kimi “Surface Book 2” noutbukunun buraxılışını qeyd edərək onu ən güclü “Microsoft” qurğusu adlandırıb və yeni “MacBook” noutbukları ilə müqayisədə iki dəfə məhsuldar olmasını vurğulayıb.

“Biz adətən smartfonlardan istifadə edirik, lakin yaradıcılıq üçün ən yaxşı əsas fərdi kompüterdir. Biz avtonomluğu zəiflətməyən məhsuldarlıq, gözəl dizayn və universallığı özündə birləşdirən üstün noutbuk yaratmaq istədik”, -  “Microsoft” nümayəndəsi  “Surface Book 2” qurğusunun akkumulyatorunun tam enerji toplayandan sonra 17 saat işləyəcəyini bildirib.

Bundan başqa, Y.Mehdi bəyan edib ki, yaradıcılıq indikindən heç vaxt vacib olmayıb. “Biz onun üçün bütün qurğularda imkanlar yaradırıq. İstəyirik ki, “Surface” bu yolu davam etdirsin və biz tərəfdaşlarla əməkdaşlıq qurmaqdan məmnunluq duyuruq. Bizim ekosistem hələ özünü tam sübut etməyib”, - o qeyd edib.

Nizam Nuriyev



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-50824-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR