FHN AMEA ilə birlikdə “Risklər atlası” hazırlayacaq

FHN AMEA ilə birlikdə “Risklər atlası” hazırlayacaq
10:59 23 Oktyabr 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

“Seysmologiya sahəsiFövqəladə Hallar Nazirliyi üçün vacibdir. Bu istiqamətdə nazirlik Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx əməkdaşlıq edir”.

 

APA-nın xəbərinə görə, bunu fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə “Şəbəkə İdarəetmə Sistemləri və Seysmologiya üçün Analitik Alətlər üzrə Təlim” adlı beynəlxalq konfransda deyib. O bildirib ki, 2012-2013-cü ilə bbaş verən böyük zəlzələ nəticəsində ölkəyə xeyli ziyan dəyib və nazirlik bunların nəticələrinin aradan qaldırılması istiqamətində ciddi işlər görüb.

 

Nazir müavini qeyd edib ki, FHN AMEA ilə birlikdə “Risklər atlası”nı hazırlayacaq: “Orada vacib məsələlərdən biri seysmologiya ilə bağlıdır. Ölkənin inkişafı üçün infrastrukturun yaradılması zamanı seysmoloji risk öyrənilməlidir. Riskli ərazilərdə böyük infrastruktur işlərinə investisiya qoymaq düzgün deyil. Ümid edirəm ki, AMEA ilə birgə risklər atlasını hazrlayacağıq”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286285

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR