Azərbaycanda ən çox bu rayonda boşanırlar

Bu ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah və 9787 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.

Bu barədə Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov məlumat verib.

Komitə rəsmisi bildirib ki, 8 ay ərzində ən çox nikah avqust ayında qeydə alınıb.

R.Süleymanovun sözlərinə görə, 9787 boşanma hallarından ən çoxu may ayına təsadüf edib.

Hesabat dövründə ən çox nikah və boşanma Aran, Gəncə-Qazax iqtisadi rayonlarında rəsmiləşdirilib. //Modern.az

İlin ən yaxşısı kim olacaq? - Bu gün bilinəcək / SİYAHI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR