Bazara bitkoinin qızıl variantı çıxarılır

Bazara bitkoinin qızıl variantı çıxarılır
11:12 23 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bitkoin virtual kriptovalyutanın yenidən bölünməsi nəticəsində "Bitcoin Gold" adında yeni bir rəqəmsal valyuta yarana bilər. "Report" "Haberler" saytına istinadən xəbər verir ki, Honq-Konqun "LightningASİC" mədən şirkətinin baş icraçı direktoru Cek Liaonun rəhbərlik etdiyi "Bitcoin Gold"un oktyabrın 25-də bazara çıxması gözlənilir. 
Noyabrın 1-dən etibarən isə "Bitcoin Gold" tədavülə buraxılacaq.
"Bitcoin Gold"un qiyməti daha kiçik mədənçilik qrupu tərəfindən dəstəklənməsi səbəbindən "Bitcoin Cash"dən daha ucuz olacağı bildirilir. Qeyd edək ki, bitkoin 2017-ci il avqustun 1-də bitkoin və bitkoin kəşə (BCC) bölünüb. Hazırda "Bitcoin Cash"in qiyməti təxminən 325 dolara bərabərdir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bazara-bitkoinin-qizil-varianti-cixarilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR