Marketin pəncərəsini sındırıb içəri girdi - FOTO

Marketin pəncərəsini sındırıb içəri girdi - FOTO
11:39 23 Oktyabr 2017
33 Digər
Ölkə mətbuatı
A- A+

Sabunçu Rayon Mühafizə İdarəsinin (RMİ) əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, o cümlədən mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşının vaxtında alınması sahəsində tədbir həyata keçirilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunaraq qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, obyektin pəncərəsinin qırıldığını və marketdə naməlum şəxsin olduğunu aşkar ediblər. Mühafizə polisinin gəldiyini görən həmin şəxs müqavimət göstərərk hadisə yerindən qaçmağa cəhd göstərib. Amma o, polis əməkdaşlarının çevikliyi sayəsində vaxtında saxlanılaraq ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman həmin şəxsin Yasamal rayon sakini, əvvəllər dəfələrlə məhkum olunan Fərid Quliyev olduğu məlum olub.

 

Göstərilən faktla bağlı araşdırmalar davam etdirilir. Polis əməkdaşları oğurluğa cəhd göstərməkdə şübhəli bilinən bu şəxsin digər cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçi RPİ-nə müraciət edə bilərlər.           


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR