Bərzaniyə ən böyük zərbə belə vuruldu - Peşmərgənin şah damarı kəsildi

Bərzaniyə ən böyük zərbə belə vuruldu - Peşmərgənin şah damarı kəsildi
11:48 23 Oktyabr 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

İraq Kürd Muxtariyyətinə bir zərbə də neft ixracatı sahəsindən gəlib.

Publika.az xəbər verir ki, muxtariyyətin “Ceyhan” limanı vasitəsilə gerçəkləşdirdiyi neft ixracı 3 dəfə azalıb.

İxracın azalması İraq ordusunun Kərkük şəhəri və onun ətrafındakı əraziləri peşmərgədən geri aldıqdan dərhal sonra baş verib.

Kərkükdən çıxarılan neftin ixracından gələn gəlirlər İraq Kürd Muxtariyyəti üçün vacib maliyyə qaynağı idi. İraqın şimalında 2014-cü ildən etibarən İŞİD-lə mübarizə aparan peşmərgə təşkilatın çıxarıldığı bölgələrin nəzarətini öz əlində saxlayırdı. Bu bölgələrin içində neft sahələri də var idi.

Ancaq İraq ordusu və müttəfiqlərinin keçən həftə təşkil etdiyi 48 saatlıq əməliyyatla Kərkük və bütün neft sahələri peşmərgənin əlindən alındı və neft sahələri Bağdad hökumətinə tabe edildi.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/218004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR