İndoneziya Silahı Qüvvələrinin Baş Qərargah rəisini ABŞ-a buraxmayıblar

İndoneziya Silahı Qüvvələrinin Baş Qərargah rəisini ABŞ-a buraxmayıblar
11:57 23 Oktyabr 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Vaşinqtonda keçiriləcək beynəlxalq tədbirdə iştirak etmək üçün ABŞ-a gedən İndoneziya Silahı Qüvvələrinin Baş Qərargah rəisi Katot Nurmantyo Birləşmiş Ştatlara buraxılmayıb. 
“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, K.Nurmantyonu ABŞ-a amerikalı həmkarı Cozef Danford dəvət edib.
Məlumata görə, İndoneziya Silahlı Qüvvələri Baş Qərargahı rəisinin sənədləri arasında onun ABŞ-a girişi üçün vizası da olub. Buna baxmayaraq onu ölkəyə buraxmayıblar. 
İndoneziyanın xarici işlər naziri Retno Marsudi bildirib ki, rəsmi Vaşinqtonun məsələ ilə bağlı ətraflı izahat verməsini gözləyirlər: "Bu fövqəladə hadisədir. ABŞ-ın məsul şəxsləri ilə əlaqə saxlayıb, vəziyəti müzakirə etmək istəyirik”.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-ndoneziya-silahi-quvvelerinin-bas-qerargah-reisini-abs-a-buraxmayiblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR