İnanılmaz kadrlar: ov ilə ovçu yerlərini dəyişdilər - VİDEO - FOTO

İnanılmaz kadrlar: ov ilə ovçu yerlərini dəyişdilər - VİDEO - FOTO
12:05 23 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Nəhəng balıq qəflətən sudan sıçrayır, dalğaların üzərində süzən quşu qapıb suya dalır.

Bu inanılmaz, fantastik səhnəni dünyanın ən məşhur rejissor və aparıcılarından biri, 91 yaşlı ser Devid Attenboro "Blue Planet II" sənədli filmində əks etdirib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, BBC teleradiokorporasiyasının sifarişi ilə çəkilən sənədli filmdə 76,5 kq ağırlığı olan nəhəng trevay balğının sudan sıçrayaraq quşu tutduğunu görmək olar.

Təbiətdə quşlar balıqları tuturlar. Bu balıq isə, sanki, təbiət qanunlarına meydan oxuyaraq quş ovlayıb.

Nəhəng trevay balıqları Hind və Sakit okeanlarda yaşayır.

Havay adalarında qədimlərdə bu balığı tanrı sayır, ona sitayiş edirdilər.

Trevay balığı 65 km/saat sürətlə üzə bilir, sudan 1,8 metr yüksəkliyə atılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İnanılmaz kadrlar: ov ilə ovçu yerlərini dəyişdilər


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/592834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR