Kriminal avtoritet həbsdə öldü

Azərbaycanda məhbus ölüb.

Məlumata görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan, 1952-ci il təvəllüdlü Elxan Kərim oğlu Fərhadov xəstəlikdən dünyasını dəyişib.
Kriminal aləmin üzvü olduğu bildirilən E. Fərhadov 2009-cu ildə Ağdaş rayonunda keçirilən toy mərasimində qanunsuz gəzdirdiyi “Makarov” tipli tapança ilə həmyerlisi, 1957-ci il təvəllüdlü Rahim Mətləb oğlu İbrahimovu güllələyərək qətlə yetirib.

Məhkəmənin qərarı ilə o 15 il müddətinə azadlıqdan məhrum edilib.//APA

Katibəsini otelə dəvət etdi, həyat yoldaşı isə... - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR