Penitensiar Xidmət qaçan məhkumlarla bağlı məlumat yaydı

Penitensiar Xidmət qaçan məhkumlarla bağlı məlumat yaydı
12:13 23 Oktyabr 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Ədliyyə Nazirliyi Penitensiar Xidmət (PX) məhkumların qaçması haqqında məlumat yayıb.

PX-in İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a daxil olan məlumatda bildirilir ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hal-hazırda CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına təqsirləndirilən şəxslər E.Məmmədov və Ə. Ağami barəsində müvafiq məlumatlar təqdim edilib.

Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən cinayət işi başlanmış, istintaq aparılır.

Axtarış tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/218012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR