38 qadına təcavüzdə günahlandırılan rejissor: "Mümkün deyil, şəkər xəstəsiyəm" - FOTO

38 qadına təcavüzdə günahlandırılan rejissor: "Mümkün deyil, şəkər xəstəsiyəm" - FOTO
12:17 23 Oktyabr 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikalı prodüser Harvi Vaynşteyn, kinorejissor Roman Polanski qalmaqalından sonra indi də populyar kinorejissorlardan biri, 72 yaşlı Ceyms Tobak ilə bağlı təcavüz iddiaları yayılmaqdadır. 

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, rejissor 38 qadına təcavüz etməkdə günahlandırılır. İddialara görə, o, modelləri otel otağına apararaq onlarla cinsi əlaqədə olmaq istəyib.

72 yaşlı, "Oskar"a namizədliyini irəli sürən rejissor iddiaları təkzib edib və bunun bioloji cəhətdən də mümkün olmadığını söyləyib.

"Mən şəkər xəstəsiyəm və ürəyimdə problem var. Bioloji cəhətdən mümkün deyil. Həm də onu iddia edən şəxsləri tanımıram. Onları görmüş olsam belə, 5 dəqiqədən artıq vaxt ayırmamışam".

Bu iddia ilə çıxış edənlərdən biri aktrisa Star Rinaldidir. O bildirib ki, Ceyms ilə yaxınlığı 15 il əvvəl baş verib.

İkinci iddianı isə braziliyalı model Juliana De Paula yayıb. Juliana Ceymsin tədbirdən sonra ona və bir neçə model rəfiqəsinə təcavüz etdiyini söyləyib.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/592823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR